Təhsil naziri Qobustanda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Qobustanda vətəndaşları qəbul edəcək

11:10 - 01 / 02 / 2016
Təhsil naziri Qobustanda vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov fevralın 8-də Qobustan şəhərindəki Gənclər Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək.

Bu barədə 1news.az-a nazirlikdən xəbər verilib ki, qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 1, 2, 3, 4 və 5 fevral tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.

1news.az

Paylaş:
992

Son xəbərlər

Bütün xəbərlər