Mərkəzi Bank: “2015-ci ildə Azərbaycan banklarının aktivləri 40 faiz yüksəlib” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank: “2015-ci ildə Azərbaycan banklarının aktivləri 40 faiz yüksəlib”

11:18 - 01 / 02 / 2016
Mərkəzi Bank: “2015-ci ildə Azərbaycan banklarının aktivləri 40 faiz yüksəlib”

1 yanvar 2016-cı il vəziyyətinə görə Azərbaycan banklarının aktivləri 35 milyard manat təşkil edib.

1news.az-a bankın mətbuat xidmətində verilən məluamat görə, bu haqda şənbə günü Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında  AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Qeyd edək ki, 1 yanvar 2015-ci ildə bank aktivləri 25 milyard 182.5 milyon manat təşkil edib.

Beləliklə, 2015-ci ildə bankı aktivləri 2015-ci ildə 40 faiz artıb.

E.Rüstəmov qeyd edib ki, bank sektoru ölkənin iqtisadi artımını dəstəkləməkdə davam edir. Bankların iqtisadiyyata kredit qoyuluşlarının həcmi 21 mlrd. manat təşkil edir ki, bunun da 75%-i biznes kreditlərinin payına düşür.

Ödəniş sistemlərinin sabit və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və inkişafı Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. Milli Ödəniş Sistemi (MÖS) ilə 2015-ci ildə həyata keçirilən ödənişlərin sayı 13%-dən çox artıb, ödənişlərin həcmi isə ÜDM-in 2.4 mislini təşkil edib.

1news.az

Paylaş:
932

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər