Nazir: “Şahdəniz-2” mərhələsində işlərin 50%-dən çox hissəsi görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: “Şahdəniz-2” mərhələsində işlərin 50%-dən çox hissəsi görülüb

11:32 - 01 / 02 / 2016
Nazir: “Şahdəniz-2” mərhələsində işlərin 50%-dən çox hissəsi görülüb

Azərbaycanda “Şahdəniz-2” mərhələsində işlərin 50%-dən çox hissəsi görülüb.

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev bildirib.

Nazir Bakıda keçiriləcək “Cənub qaz dəhlizi” layihəsi ölkələrinin energetika nazirlərinin Məşvərət Şurası ilə bağlı danışarkən deyib ki, son bir ildə Cənubi Qafqaz Boru Kəməri üzrə boruların 20%-i artıq inşa edilib:

“Gürcüstanda kompressor stansiyalarının quraşdırılmasına başlanılıb. İşlər qrafikdən daha sürətlə gedir”.

Natiq Əliyev vurğulayıb ki, TANAP layihəsi üzrə işlərin çox hissəsi görülüb:

“Boruların gətirilməsi başa çatıb. Hər üç lot üzrə boruların qaynağına başlanılıb. Trans-Adriatik Qaz Boru Kəməri üzrə (TAP) üzrə də hökumətlərlə sənədlər imzalanıb. Düzdür, bəzi lokal problemlər yaranmışdı. Amma onlar da həll edilir. Bizə önəmli olan ətraf mühitə təsirlə bağlı sənəd idi ki, o da artıq imzalanıb”.

Nazironu da bildirib ki, Məşvərət Şurasının iclasında bütün tərəflər gələcəkdə yarana biləcək hər hansı problemlərin aradan qaldırılmasını müzakirə edəcək.

1news.az

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər