Kanadalı xanım “Kücələrə su səpmişəm” mahnısını ifa etdi – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Kanadalı xanım “Kücələrə su səpmişəm” mahnısını ifa etdi – VİDEO

12:05 - 01 / 02 / 2016
Kanadalı xanım “Kücələrə su səpmişəm” mahnısını ifa etdi – VİDEO

Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”in kanadalı xanımın ifasında videoçarx sosial şəbəkələrdə  qısa müddət ərzində izləyicilərin marağına səbəb olub.

“Küçələri su səpmişəm” bir çox ifalarını eşitmişik- əfsanəvi Rəşid Behbudovun ifasında, xalq artısti Səkinə ismayılovanın, “Avrovizion 2011”-in qalibi Eldar Qasımov və Nigar Camal, dünyaca tanınmış ifaçı Sami Yusif, müğənni Miri Yusifin ifasında bu mahnı səsləndirilib.

1news.az oxucularına təqdim edəcəyimiz videoçarx aparıcı Aysel Zahidqızı tərəfində “YouTube” şəbəkəsində yerləşdirilib. Videoda kanadalı xanımın Azərbaycan dilində “Küçələri su səpmişəm” mahnısını duyğulu ifası tamaşaçıların diqqətini rəğbətini qazanıb.

Qeyd edək ki, videoçarx Almaniyanın Nyurnberq şəhərində çəkilib.

Paylaş:
1594

Son xəbərlər

Bütün xəbərlər