Formula-1 yarışına görə Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Formula-1 yarışına görə Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

12:57 - 01 / 02 / 2016
Formula-1 yarışına görə Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

Fevral ayının 2-dən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsi təmirə bağlanır.

 

1news.az xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, küçənin qeyd edilən hissəsində asfalt örtüyü dəyişdiriləcək.

 

“Küçədə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət fevralın ortasınadək davam edəcək”- deyə, Mərkəzdən bildiriblər.

 

Qeyd edək ki, bu ilin yayında Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar paytaxtın bir sıra mərkəzi küçələrində əsaslı təmir-bərpa işləri aparılır.

 

1news.az

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər