Abşeron rayonunda qaz təchizatı məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Abşeron rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

1news Redaksiyası01:04 - 02 / 02 / 2016
Abşeron rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Fevralın 2-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Digah” və “Alatava” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Abşeron rayonunun Digah, Fatmai və Məhəmmədi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1news.az

 

Paylaş:
1015

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər