BP-nin gəlirləri 51% azalıb
Enerji nəhəngi BP-nin 2015-ci ilin yekunlarına görə gəlirləri 5,9 milyard dollar təşkil edib. Bu rəqəm şirkətin 2014-cü ildə qazandığı 12,1 milyard dollara nisbətdə 51 faiz azdır.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərəgörə, bu barədə BP-nin yaydığı məlumatda deyilir.
Şirkətin keçən ilin dördüncü rübündəki gəliri isə 196 milyon dollar olub. Həmin dövrdə BP 2014-cü ilin müvafiq rübündə əldə etdiyi 2,2 milyard dollarla müqayisədə 91 faizədək az qazanc əldə edib.
Məlumatda BP-nin bu il 4 min, 2017-ci ilin sonuna kimi isə 3 minədək işçisini ixtisar edəcəyi bildirilir.
1news.az
585