“Yeni Müsavat”ın reportajı 6 il sonra “Azadlıq” qəzetində... – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yeni Müsavat”ın reportajı 6 il sonra “Azadlıq” qəzetində... – FOTO

16:29 - 02 / 02 / 2016
“Yeni Müsavat”ın reportajı 6 il sonra “Azadlıq” qəzetində... – FOTO

“Yeni Müsavat” qəzetinin 11 avqust 2010-cu il sayında dərc olunan və qəzetin əməkdaşı Günay Musayevanın müəllifi olduğu “Bakıdakı “Qul bazarı”nda hamilə qadınlar da iş axtarır” başlıqlı yazısı 6 il sonra “Azadlıq” qəzetinin 2 fevral 2016-cı il sayında dərc olunub. Eyni başlıq, eyni məzmunla, xural.com saytına istinad edərək. 

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərif 6 il öncə dərc olunan reportajın indi necə gündəmə gəlməsinə aydınlıq gətirərkən həmin yazının 6 il öncə “Yeni Müsavat” qəzetində dərc olunduğundan xəbərsiz olduğunu deyib: 

“Bu yazını əməkdaşlarımız xural.com saytından götürüblər. Orada “Yeni Müsavat”a istinad olunmadığı üçün biz yazının “xural.com” saytına aid olduğunu düşünərək onlara istinad verdik. Mən bu məsələni əməkdaşlarımızla araşdıracağam”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə məsələyə Facebook statusunda aydınlıq gətirib. O, bildirib ki, bu yazı facebook istifadəçiləri tərəfindən onlara göndərilib: 

“Bu yazını dünən dostlar “facebook”da görüb və dərc olunmaq üçün bizə göndəriblər. Bizim uşaqlar da olduğu kimi dərc ediblər.  Bəzi saytlar da yazını bizə istinadən təkrar tirajlayıblar. Sağ olsun, Azər Ayxanın xatırlatmasından sonra məsələni araşdırdıq və yazının 2010-cu ildə “Yeni Müsavat” qəzetində Günay Musayeva tərəfindən yazıldığı məlum oldu. Saytımızda düzəliş etdik...”

Qeyd edək ki, məsələ aydınlaşdıqdan sonra xural.com saytında düzəliş edilib və yazının 2010-cu ildə “Yeni Müsavat” qəzetində dərc olunduğu qeyd edilib. 

Maraqlıdır, görəsən 6 il öncə dərc edilən bir yazını “Azadlıq” qəzeti niyə indi yenidən dərc etməyi lazım bilib? Doğrudanmı qəzet rəhbərliyi, özlərini Azərbaycan mediasının peşəkarlarından hesab edən şəxslər həmin məqalənin 6 il əvvəl başqa bir qəzetdə dərc olunmasından xəbərsiz olublar?

Nəsə inandırıcı görünmür. Heç şübhəsiz 6 ilə aid olan bir yazının heç bir əlavə qeyd aparılmadan indi yayımlanması oxucularda çaşqınlıq yarada bilər. Oxucu “Azadlıq” qəzetinin 2 fevral 2016-cı il  tarixli sayında “Bakıdakı “Qul bazarı”nda hamilə qadınlar da iş axtarır” başlıqla çıxan yazının neçə il öncə bundan əvvəl çap olunduğunu necə bilə bilər ki?

Görünən odur ki, “Azadlıq” qəzetinin rəhbərliyi bilərəkdən həmin yazını indi dərc etməklə əhali arasında dövlətə və hökumətə qarşı narazılığı artırmağa nail omaq istəyirlə. “Reportaj” fevralın ilk günü sosial şəbəkələrdə paylaşıldıqdan sonra ona verilən şərhlər də onun sırf siyasi məqsədlə, sosial narazıları qızışdırmaq məqsəd ilə hazırlandığını düşünməyə əsas verir.

Amma  siyasi qarayaxma kampaniyasına  xidmət edən yazının “canlı” olmaması, 6 il əvvəl “Yeni Müsavat”da hazırlanmış  reportajın plagiat edilməsi daha iyrəncdir. 6 il əvvəl olmuş və ya o zamanda hansı siyasi məqsədlər naminə yazılmış reportajı “manatın devalvasiyasından sonrakı Azərbaycan reallığı” kimi təqdim etməyin arxasında hansı maraqların dayandığı yəqin ki, hər kəsə aydındır.

1news.az

Paylaş:
1471

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər