NBCBank-ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
İqtisadiyyat

NBCBank-ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb – YENİLƏNİB

19:29 - 02 / 02 / 2016
NBCBank-ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb – YENİLƏNİB

NBCBank ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.

1news.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib.

"Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş öhdəliklərin icrasına başlanılıb. Konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək".

1news.az

17.42

NBCBank ASC bank fəaliyyətini həyata keçirmək üçün lisenziyasının bərpa olunduğunu elan edib.

“Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur və bankın lisenziyası bərpa olunur.

3 fevral tarixindən etibarən bütün bank əməliyyatları üzrə xidmətlər bərpa olunacaq”,-   bu haqda NBCBank-ın Facebookdakı rəsmi səhifəsində məlumat yerləşdirilib.

Xatırladaq ki, Bankın lisenziyası 25 yanvar 2016-cı il Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv olunmuşdu. AMB qeyd etmişdi ki, bank öz fəaliyyətini güvənli və prudensial ardıcıllıqla idarəetmir.

26 yanvardan etibarən NBCBank-da müvəqqəti rəhbərlik təyin olub.

27 yanvar tarixində AR “Əmanətlərin sığortalanması” qanununun 22.3.1 maddəsinə əsasən NBCBank ASC ADIF-ə üzv banklar reytinqindən çıxarılıb.

Qeyd edək ki, 1992-ci il 30 dekabr tarixində aksioner- kammersiya bankı kimi qeydiyyatdan keçən bank, 17 yanvar 2002-ci ildə adını və fəaliyyət istiqamətini dəyişərək “NBC Kommersiya Bankı kimi fəaliyyətinə davam edib. 2005-ci ildə isə ASC-yə çevrilib.

1news.az

Paylaş:
1194

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər