Azərbaycanla BMT arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla BMT arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

17:58 - 02 / 02 / 2016
Azərbaycanla BMT arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev BMT-nin baş katibinin müavini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Şamşad Axtarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın məlumatına görə, qonaqlarıı səmimiyyətlə salamlayan DGK sədri A.Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası ilə əməkdaşlıqdan, bu təşkilatın keçirdiyi treninqlərdə Azərbaycan Gömrük Xidməti əməkdaşlarının iştirakından söhbət açıb, əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

DGK sədri, eyni zamanda 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan hökuməti arasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsinin uğurla davam etdiyini xatırladaraq, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.

Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xoş sözlərə və səmimi qəbula görə A.Əliyevə təşəkkürünü bildirən Asiya və Sakit okean üzrə BMT İqtisadi Komissiyasının icraçı katibi Ş.Axtar Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, eləcə də Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər