Mərkəzi Bankın valyuta ehtiyatları 4 398,5 milyon dollar təşkil edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları 4 398,5 milyon dollar təşkil edib

18:26 - 02 / 02 / 2016
Mərkəzi Bankın valyuta ehtiyatları 4 398,5 milyon dollar təşkil edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi bu il fevralın 1-nə 4 398,5 milyon ABŞ dolları təşkil edib.

Bu haqda 1news.az AMB-nin rəsmi saytına istinadla xəbər verir.

Eyni zamanda məlumatda qeyd olunur ki, bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 milyard 282,3 milyon dollar azdır. Ötən ilin dekabr ayı ilə müqayisədə yanvarda valyuta ehtiyatları 618,2 milyon dollar azalıb.

1news.az

Paylaş:
689

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər