Latviya prezidenti: “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk | 1news.az | Xəbərlər
İqtisadiyyat

Latviya prezidenti: “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk

20:12 - 02 / 02 / 2016
Latviya prezidenti: “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk

Azərbaycan enerji və tranzit sahələrində Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Latviya “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində və Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərinin genişləndirilməsi işlərində Azərbaycanın rolunu yüksək qiymətləndirir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Latviya prezidenti Raymonds Veyonis məşhur “The Business Year” jurnalına müsahibəsində deyib.

R.Veyonis bildirib ki, Latviya Aİ və Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə möhkəm dəstək üçün “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyinə inanır.

Qeyd edək ki, “Cənub qaz dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub qaz dəhlizi” CQBK, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir.

1news.az

Paylaş:
811

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər