Bərdənin üç kəndinə təbii qazın verilişi bərpa edilib
Fevralın 2-də Bərdə rayonunun Xəsili, Köbərkənd və Qazaxlar kəndlərinə təbii qazın verilişi bərpa edilib.
1news.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 775 abonenti olan kəndlərin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 58 960 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirinlər.
1news.az