Standard & Poor's “Azərenerji”nin reytinqini aşağı salıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Standard & Poor's “Azərenerji”nin reytinqini aşağı salıb

00:04 - 03 / 02 / 2016
Standard & Poor's “Azərenerji”nin reytinqini aşağı salıb

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir.

Reytinq üzrə proqnoz neqativ olaraq qalır.

Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi “CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.

1news.az

Paylaş:
746

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər