Ötən il işlə təmin olunanların 40 faizini gənclər təşkil edib
Ötən il Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 29 min nəfər işsiz və işaxtaran şəxsin 40 faizini (11604 nəfər) gənclər təşkil edib.
1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.
“Həmin dövrdə ödənişli ictimai işlərə cəlb olunan 1626 nəfərin 29 faizi (471 nəfər), Xidmətin Əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən 4117 nəfərin 42,2 faizi (1738 nəfər) gənclərdən ibarət olub. Gənc işçi qüvvəsinin əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri üçün görülən işlər də uğurla davam etdirilir. Keçən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 4147 nəfər vətəndaşın 71,5 faizi (2964 nəfər) məhz gənclərdir”- deyə, məlumatda qeyd olunub.
1news.az