Bahar Muradova: “Azərbaycan gəncliyi dövlətin dəstəkçisinə çevrilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Bahar Muradova: “Azərbaycan gəncliyi dövlətin dəstəkçisinə çevrilib”

12:56 - 02 / 02 / 2016
Bahar Muradova: “Azərbaycan gəncliyi dövlətin dəstəkçisinə çevrilib”

Azərbaycan gəncliyi dövlətin dəstəkçisinə çevrilib.

1news.az-ın məlumatına görə, bunu Gənclər günü münasibətilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndələri ilə görüş zamanı Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 300 gənclər təşkilatı fəaliyyət göstərir:

“Gənclər cəmiyyətin bütün sahələrində, eyni zamanda Milli Məclisdə də təmsil olunurlar. Son illər bir çox uğurlara imza atan Azərbaycan gəncliyi öz bayramını böyük coşğu ilə qeyd edir”.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov dövlətin gənclər siyasətinə böyük önəm verdiyini qeyd edib:

“Son illər ərzində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı uğurla icra olunub, gənclərin layihələrini maliyyələşdirən Gənclər Fondu yaradılıb. Eyni zamanda dövlət proqramı çərçivəsində xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıblar. Gələcəkdə onların potensialından ölkəmizin inkişafı naminə istifadə olunacaq”.

Gəncləri daha kreativ və təşəbbüskar olmağa çağıran S.Orucov gələn il Azərbaycanda Gənclər gününün 20 illiyinin qeyd olunacağını da diqqətə çatdırıb.

1news.az

Paylaş:
662

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər