Azərbaycanda havanın temperaturu 18 dərəcəyə qədər yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda havanın temperaturu 18 dərəcəyə qədər yüksələcək

13:16 - 03 / 02 / 2016
Azərbaycanda havanın temperaturu 18 dərəcəyə qədər yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 12-16, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

1news.az

 

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər