Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi müəyyən olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi müəyyən olunub

16:10 - 03 / 02 / 2016
Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi müəyyən olunub

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Bu barədə 1news.az-a SOCAR-dan verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Xatırladaq ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

1news.az

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər