Azərbaycanda cinayət törədən 57 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda cinayət törədən 57 nəfər tutulub

16:53 - 03 / 02 / 2016
Azərbaycanda cinayət törədən 57 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən fevralın 2-də 95 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 30-u “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 57 nəfər tutulub.

1news.az

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər