"BakuBus" avtobuslarına məcburi sürət həddi tətbiq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"BakuBus" avtobuslarına məcburi sürət həddi tətbiq edilib

18:12 - 03 / 02 / 2016
"BakuBus" avtobuslarına məcburi sürət həddi tətbiq edilib

"BakuBus" MMC-yə məxsus avtobuslarda sürət limiti tətbiq olunur.

1news.az xəbər verir ki, bu barədə MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

"Sərnişindaşımada təhlükəsiz xidməti əsas götürdüyümüz üçün "BakuBus" MMC-yə məxsus avtobuslarda daxili mexaniklərimiz tərəfindən tənzimləmələrdə sürət həddi 50km/saat olaraq nizamlanır. Sürücü bu limiti dəyişmə imkanına malik deyil. Hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində aşıla bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür", - deyə N. Allahyarova bildirib.

1news.az

 

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər