“Azərbaycan xalçaları” jurnalının XVI sayı işıq üzü görüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan xalçaları” jurnalının XVI sayı işıq üzü görüb – FOTO

10:04 - 03 / 02 / 2016
“Azərbaycan xalçaları” jurnalının XVI sayı işıq üzü görüb – FOTO

“Azərbaycan xalçaları” jurnalının növbəti - XVI sayı işıq üzü görüb.

1news.az-ın məlumatına görə, jurnal ənənələrinə sadiq qalaraq rəngarəng xalça nümunələri, taleyini xalçaçılıqla bağlamış insanlar haqqında məqalələrlə, tədqiqat materialları, maraqlı reportajlar, yeni elmi araşdırmalarla oxuncularının görüşünə gəlib. 

Jurnalda Kannda keçirilən “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgiyə, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin birgə keçirdiyi “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda müsabiqəyə həsr olunmuş materiallar dərc olunub.

Tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Karabakh region” (historical and ethnographical essay) (“Qarabağ bölgəsi: tarixi-etnoqrafik oçerk”) məqaləsində müxtəlif tarixi-etnoqrafik mənbələr, elmi ədəbiyyatlar əsasında Qarabağ bölgəsinin inzibati-siyasi, etnik və sosial-iqtisadi tarixinin bəzi mühüm məsələləri təhlil edilib.

“Yurdlar və xalçalar” rubrikasında Oğuz rayonuna və qədim xalçaçılıq məntəqlərindən biri olan Baş Daşağıl kəndinə ekspedisiya səfəri zamanı toplanmış materiallar yer alıb. “Boyaqotunun xalçaçılıqda istifadəsi” məqaləsi Azərbaycanda bu qiymətli bitkinin becərilmə tarixi, məhsuldarlığı, həmçinin boyaq sənayesində istifadə imkanları haqqındadır.

Jurnal ənənələrinə sadiq qalaraq, öz səhifələrində dünya muzeylərində saxlanılan Azərbaycan xalçaları haqqında məlumatlar dərc etdirir. Bu dəfə oxuculara Boston İncəsənət Muzeyində saxlanılan Azərbaycan xalçaları haqqında ətraflı məlumatlar və fotoşəkillər təqdim olunur.

Dərbəndin Dünya Mədəniyyətləri və Dinləri Tarixi Muzeyinin direktoru Diana Həsənova ilə müsahibə, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyevin “Azərbaycan xalçalarında əks olunan qədim motivlər”,  sənətşünaslıq doktoru Kübra Əliyevanın “Tarixi yaşayış məskəni-Boyəhmədli”, t.e.d. Mədinə Himbətovanın “XIX-XX əsrin əvvəllərində Dağıstan azərbaycanlılarının ailə və nigah ənənələri”, t.e.d. Şirin Bünyadovanın “Azərbaycan atalar sözlərində toxuculuq məsələləri”, t.ü.f.d Ərşad Həsənovun “XVII əsrdə Azərbaycanda toxuculuq sənəti” və s. kimi elmi məqalələr, təhlillər tarix və sənətşünaslıq baxımından maraq doğurur.

Qeyd edək ki, nəşrin baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

1news.az

Paylaş:
825

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər