Azərbaycanda xarici şirkət və sahibkarlara rezidentlik statusunun müəyyən edilməsi qaydası açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda xarici şirkət və sahibkarlara rezidentlik statusunun müəyyən edilməsi qaydası açıqlandı

11:58 - 03 / 02 / 2016
Azərbaycanda xarici şirkət və sahibkarlara rezidentlik statusunun müəyyən edilməsi qaydası açıqlandı

Azərbaycanda xarici şirkət və sahibkarlara rezidentlik statusunun müəyyən edilməsi qaydası açıqlanıb.

1news.az Dövlət statistika Komitəsinə istinadən xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin təsdiqlədiyi “Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında” 1-invest №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”, “Xarici borc haqqında” 1-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması, “Xarici borc haqqında” 1-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”, “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması və “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də əksini tapıb.

Hüquqi və fiziki şəxsin rezidentlik statusu təsis olunduğu ölkə (fiziki şəxslər üçün – vətəndaşlıq mənsubiyyəti) ilə deyil, onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi, bu əraziyə sıx bağlılığı və həmin ərazidə davamlı olaraq bir il müddətindən artıq fəaliyyət göstərməsi (fiziki şəxslər üçün – yaşaması) ilə müəyyən edilir. Bu şərtlərə uyğun olmayan hüquqi və fiziki şəxslər qeyri-rezident hesab olunur. Azərbaycanda yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycanda əcnəbi tələbələr qeyri-rezidentlərə aid edilir. Hesabat üzrə məlumatlar ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələr, onların filial və nümayəndəlikləri, habelə xarici investisiyalar cəlb edən və xarici ölkələrə investisiya yönəldən, qeyri-rezidentlərin xidmətlərindən istifadə edən və onlara xidmət göstərən bütün müəssisə və təşkilatlar tərəfindən rüblük dövriliklə hesabat formasının üzərində göstərilən müddətlərdə Dövlət Statistika Komitəsinə www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir. Dövlət Statistika Komitəsi hesabatlarda göstərilən ilkin məlumatların məxfi saxlanmasına və onların yalnız toplu (ümumiləşdirilmiş) məlumatların formalaşdırılması üçün istifadə edilməsinə zəmanət verir.

Paylaş:
732

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər