Səlim Müslümov: Ötən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə 29 min nəfər işlə təmin olunub
Azərbaycanda işsiz əhalinin işlə təmin edilməsi məqsədilə aktiv məşğulluq tədbirləri gücləndirilib.
1news.az-ın məlumatına görə, bunu Nardaranda təşkil olunan əmək yarmarkasının açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
“Ümumilikdə ötən il ərzində Dövlət Məşğulluq Xidmətinin xətti ilə 29 min nəfərin, o cümlədən 59 rayon və şəhərdə keçirilən Əmək yarmarkaları vasitəsilə 4,6 min nəfərə yaxın vətəndaşın münasib iş yerləri ilə təminatı həyata keçirilib. Hazırda da növbəti əmək yarmarkalarına başlanılır. Bütün rayon və şəhərlərdə bu tədbirlər təşkil ediləcək”- deyə, nazir qeyd edib.
1news.az
576