United Credit Bank əmanətçilərinə təzminatları ödəyəcək Agent banklar açıqlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

United Credit Bank əmanətçilərinə təzminatları ödəyəcək Agent banklar açıqlanacaq

11:10 - 03 / 02 / 2016
United Credit Bank əmanətçilərinə təzminatları ödəyəcək Agent banklar açıqlanacaq

7 təqvim günü ərzində Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən  United Credit Bank ASC-də əmanətləri sığortalanan vətəndaşlara təzminatları ödəyəcək agent-banklar müəyyənləşəcək.

1news.az ADIF-ə istinadən xəbər verir ki, 02 fevral 2016-cı il tarixi “Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq sığorta hadisəsi  baş verdiyi gündən 7 təqvim günü ərzində “Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyalarını ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Yunayted Kredit Bank" ASC-də qorunan əmanəti olan  əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan  əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Əmanətçilər lazım olan informasiyanı ADIF-in rəsmi saytından və Fondun 941 “qaynar xətti”, yaxud (+99412) 596-65-91/92 nömrələrinə zəng etməklə ala bilər.

1news.az

Paylaş:
654

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər