Aygün Kazımova: “İlhamə Quliyeva həmişə anasını döyürdü..”
Azərbaycan şou-biznesində xalq artistləri İhamə Quliyeva və Aygün Kazımova arasında yenidən qalmaqal baş verib.
2 fevral tarixində bəzi KİV-də İlhamə Quliyevanın evində çalışan keçmiş işçi Mehriban Hüseynovanın açıq məktubu yayımlanıb. Qeyd edək ki, həmin qadın hüquq mühafizə orqanları tərəfindən bir müddət əvvəl tutulub və həbsxabada olub. Məktubda M.Hüseynova xalq artisti ilə manaqişəsinin öz nöqteyi- nəzərindən izahını verib və günahsız olduğunu, nahaqdan şərləndiyini bildirib.
Xatırladaq ki, İ.Quliyevanın iddiasına görə ev işçisi onu öldürmək istəyərək yeməyinə psixotrop maddələr qatıb.
Xalq artisti Aygün Kazımova Instagram sosial şəbəkəsində Mehriban Hüseynovanın tərəfini tutub və yazıb: “ Allah hər kəsi İlhamə Quliyevanın şərindən uzaq etsin. O, mənə dəfələrlə böhtan atmaq istəyib, amma alınmayıb. Ədalət qələbə qazanacaq. İlhamə Quliyevanın kim olduğunu hamı bilir”, - M. Hüseynovaya dəstək olaraq möhkəm olmasını söyləyib.
İlhamə Quliyevanın bu replikaya cavabı gecikmədi. O, A.Kazımovanı məhkəməyə verərək 1.000.000 manat təzminat tələb edib
Gün.az-a müsahibəsində İ.Quliyeva qeyd edib ki, “bədbəxt A.Kazımova primadonnadan ona görə incikdi ki, o, Aygünlə aralarında məhkəmə davası olan Natavan Həbibi ilə barışıb.
Aygün mənim kiməsə böhtan atmıdığımı vəkillərimə sübut edə bilməsə, onu ciddi rejim gözləyir. Onu məhkəməyə verib milyon manat həcmində təzminat istəyəcəm. Qoy sübut etsin ki, ona yaxud başqasına böhtan atmışam”,- İ.Quliyeva Gün.az-a müsahibəsində deyib.
Bundan sonra qalmaqal daha da böyüyüb.
“İlhamə Quliyevanın nəsli bəlli deyil. O, həmişə anasını ( xalq artisti Tükəzban İsmayılovanı- red.)döyürdü, axırıncı dəfə də elə döymüşdü ki, qadın pilləkanlardan yıxılıb, bundan sonra isə ayağa qalxa bilməyib və vəfat edib.
Görünür, hələ o vaxt bilmirdi ki, özünün də ayaqları ilə problemləri olacaq, indi heç 5 metr də gəzə bilmir. Həmişə anasına deyirdi ki, efirdə ağla ki, bəlkə ev alasan”,- deyə A.Kazımova 1news.az-a müsahibəsində bildirib.
İlhamə Quliyevanın “Aygün ağlını itirib” replikasına A.Kazımova münasibət bildirərək deyib: “İlhamə Quliyevanın hər yerdə öz oğlu kimi təqdim etdiyi Orxan ağlını itirib, o, narkotik və psixotrop maddələrin alveri ilə məşğul olur. O, bir vaxt buna görə həbs olunmuşdu, indi yenə də hava limanında saxlanılıb.
Görünür, İlhamə Quliyeva insan oğurluğunda günahkar olan Hacı Məmmədovla dost olduğunu unudub. Bəlkə onun da bu işlərə aidiyyatı var? Unutqanlıq yaşlılıq əlamətidir”.
1news.az