“Formula 1” yarışına görə Bakının daha bir mərkəzi küçəsi bağlanıb
Bakıda keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar paytaxt yollarında asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar fevralın 4-ü Zərifə Əliyeva küçəsinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsi bir günlüyünə bağlı olacaq.
1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər.
Məlumata görə, bununla yanaşı, Neftçilər prospektinin Rəsul Rza ilə Əziz Əliyev küçələri arasındakı hissəsində də nəqliyyatın hərəkəti həmin gün tamamilə dayandırılacaq. Buna alternativ olaraq Neftçilər prospektinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsində avtomobillərin hər iki istiqamətdə hərəkəti təşkil olunacaq.
Bundan başqa, fevralın 4-ü axşam saatlarından etibarən Neftçilər prospektinin Bülbül küçəsi ilə kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi bağlı olacaq. Burada avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-sı səhər saatlarınadək davam edəcək.
1news.az