Səlim Müslümov Kürdəmir ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov Kürdəmir ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO

15:40 - 04 / 02 / 2016
Səlim Müslümov Kürdəmir ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.

Bu haqda 1news.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

S.Müslümov vurğulayıb ki, son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə olunduğu, milli iqtisadiyyata 200 mlrd. dollar investisiyanın qoyulduğu Azərbaycanda özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib:

“Qeyri-neft sektorunun çəkisi ümumdaxili məhsulda 70%-ə çatdırılıb və artıq son illərdə ölkədə iqtisadi artımı əsasən bu sektorun inkişafı təmin edir. Bu güclü əsaslar qlobal iqtisadi böhranın dərinləşdiyi, dünya bazarında neftin qiymətinin dəfələrlə düşdüyü, regionda geosiyasi və iqtisadi təzyiqlərin artdığı bir vəziyyətdə də Azərbaycanda iqtisadi və sosial inkişafın davam etməsinə imkan yaradıb. Azərbaycanın ötən ilə dair bütün makroiqtisadi göstəricilərinin müsbət olması bunun real təsdiqidir”.

Nazir qeyd olunan dövrdə əhalinin gəlirlərinin 7 dəfə, adambaşına gəlirlərin 6 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfədən çox artdığını, 70 mindən çox müəssisə və 1,5 mln. iş yeri açılmaqla əmək bazarında sabitliyin əldə edildiyini, rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində əldə olunan digər uğurları diqqətə çatdırıb. S.Müslümov qeyd edib ki, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib. BMT İnkişaf Proqramının ötən il təqdim etdiyi “İnsan inkişafı naminə əmək” adlı məruzəsində də həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı və s. sahələrdə ölkəmizin müsbət təcrübəsi əsas götürülərək, Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələrdən biri kimi qeyd olunub.

Nazir bildirib ki, bu gün ölkə əhalisinin 23%-i pensiya, sosial müavinət və Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunur:

“Ötən il də bütün sosial proqramlar uğurla davam etdirilib, nazirlik tərəfindən bu dövrdə 112 663 aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı, 463 min nəfərədək şəxs aylıq və birdəfəlik sosial müavinətlə, 54,6 min nəfərdən çox insan Azərbaycan Prezidentinin aylıq təqaüdü, 15 min nəfər səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edilib.  Həmçinin keçən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobili, 281 müharibə əlilli və şəhid ailəsinə mənzil verilib. Gözdən əlil şəxslərə 132 mənzilli, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim edilib”.

S.Müslümov eyni zamanda nazirliyin xətti ilə 13,5 mindən çox şəxsə bərpa müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, 265 nəfərin xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərildiyini, 13,6 min nəfərdən çox əlilliyi olan şəxsin və şəhid ailəsinin birdəfəlik maddi yardımla, 5,2 min nəfərə yaxın əlilliyi olan şəxsin sanator-müalicə müəssisələrinə və sağlamlıq-istirahət mərkəzlərinə yollayışlarla təmin olunduğunu bildirib:

“Sosial təminat sisteminin əhatə dairəsi də getdikcə genişlənib və son illərdə beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə də Prezidentin aylıq təqaüdünün təyin olunaraq ödənilməsi həyata keçirilir”.

S.Müslümov əmək haqlarının, dövlət tərəfdən sosial cəhətdən həssas qruplara yönələn sosial ödənişlərin artırıldığını qeyd edib: “Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin müəyyən qədər artdığı nəzərə alınaraq, ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrılıb”.

Nazir həmçinin işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində tədbirlərin gücləndirildiyini diqqətə çatdırıb:

“Dövlət başçısının tapşırığına uyğun olaraq dövlətə məxsus şirkətlərdə vakant iş yerləri yaradılmaqdadır. Müsbət haldır ki, ayrı-ayrı özəl şirkətlər də artıq bu prosesə qoşulublar. Yaradılan iş yerlərinə işçilərin qəbulu nazirliyin məşğuluq orqanları tərəfindən həyata keçiriləcək. Digər tərəfdən, biz artıq respublikada cari il üçün Əmək yarmarkalarının keçirilməsinə başlamışıq. Bütün şəhər və rayonlarda, o cümlədən Kürdəmir rayonunda bu tədbirlər keçiriləcək. Ödənişli ictimai işlər təşkil olunacaq, işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnmələri üçün zəruri addımlar atılacaq. Yəni işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün bütün mümkün tədbirlər görüləcək”.

S.Müslümov sosial müdafiə tədbirlərinin Kürdəmir rayonunu da əhatə etdiyini, rayonda sosial cəhətdən həssas qruplardan olan şəxslərin də sosial təminatının daim gücləndirildiyini, müvafiq təbəqələrdən olan rayon sakinlərinin pensiya, sosial müavinət və təqaüdlərlə, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edildiklərini bildirib.

Nazir həmçinin rayonda müharibə əlilləri və şəhid ailələri üçün hazırda 8 fərdi yaşayış evinin tikilməkdə olduğunu, müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edildiklərini, bu sosial müdafiə tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini qeyd edib.

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 2015-ci ildə Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs edərək, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının II ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən müəyyən edilən vəzifələrin Kürdəmir rayonunda da uğurla icra ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və səmərəli məşğulluğunun təminatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs olunub. S.Müslümov Kürdəmir rayon sakinlərinin fikir və təkliflərini dinləyib, onların əmək, məşğulluq və sosial müdafiə sahəsi, bu sahələrdə aparılan islahatlarla bağlı suallarını cavablandırıb. Bir sıra sakinlərin müraciətləri ilə bağlı onlara izahatlar verilib.

1news.az

Paylaş:
669

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər