Elman Rüstəmov: "Bir neçə banka birləşmək üçün 1 ay vaxt verilib" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov: "Bir neçə banka birləşmək üçün 1 ay vaxt verilib"

15:51 - 04 / 02 / 2016
Elman Rüstəmov: "Bir neçə banka birləşmək üçün 1 ay vaxt verilib"

Zəif, problemi olan banklar sistemdən uzaqlaşdırılmalıdır".

1news.az-ın APA-ya istinadla verdiyi xəbər görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

AMB sədri qeyd edib ki, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir:

"Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilərdi".

E.Rüstəmov bildirib ki, onun rəhbərlik etdiyi qurum bir neçə banka birləşmək üçün 1 ay vaxt verib:

"Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər".

1news.az

Paylaş:
753

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər