Böyük Britaniya səfiri: “Uğurlu islahatlar Azərbaycanın qeyri-neft sektoruna investisiyalar cəlb edəcək”
1news.az Britaniya Krallığı və Şimali İrlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə müsahibəni təqdim edir.
-Cənab səfir Azərbaycan və Britaniya arasında hazırda mövcud olan əlaqələri necə dəyərləndirirsiniz? Onun gələcək inkişafını necə görürsünüz?
-Azərbaycan və Böyük Britaniya arasında münasibərlər yüksək səviyyədədir. Britaniya Azərbaycanda ən böyük investordur. Respublikaya qoyulan xarici investisiyanın 50 faizə qədəri onun payına düşür.
Böyük Britaniya Azərbaycan üçün strateji xarakter daşıyan enerji sektorunda aparıcı tərəfdaşdır. O, güclü siyasi tərəfdaşdır və xaricdə təhsil üçün tələbələrin seçdiyi istiqamətlərdən biridir.
Azərbaycan inkişaf etdikcə, xüsusilə, iqtisadiyyatında islahatlar və diversifikasiya apardıqca, Britaniya əməkdaşlığı daha da genişləndirərək onu dəstəkləməyə hazırdır. Münasibətlərin gələcək inkişafı üçün pozitiv perspektivlər görürəm.
- Bu gün xarici investorların cəlb olunmasına xüsusi diqqət ayrılır. Britaniya şirkətləri bu gün bizim ölkəmizdə hansı sahələrə yatırım edə bilər?
- Biz britaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatının bütün sahələrinə investisiya etməsinə maraqlıyıq. Lakin elə sahələr var ki, bizim orada daha böyük təcrübəmiz var onlar Azərbaycanda inkişaf potensialına malikdir. Bu sahələr maliyyə və professional xidmətlər, İT, təhsil, mədəniyyət və turizmdir.
Ayın sonunda dövlətlərarası komissiyanın bu sahələrdə əməkdaşlığın müzakirəsinə həsr olunan ilk iclası keçiriləcək.
- Azərbaycan siyasətinin gündəmində mühüm yer tutan problemlə bağlı sual vermək istərdim. ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz, nəzərə alsaq ki, bu strukturun 20 ildə göstərdiyi cəhdlər heç bir nəticə verməyib. Son zamanlar müxtəlif səviyyələrdə belə fikir səslənir ki, danışıqlar prosesinə bilavasitə Avropa İttifaqını cəlb etmək vacibdir. Bu məsələ ilə bağlı nə düşünürsünüz?
- 20 il davam edən atəşkəs rejimindən sonra Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması faktı Böyük Britaniyada təəssüf və narahatlıq yaradır. 20 ildir davam edən əzab və ağrıya son qoyulmalıdır. ATƏT-in Mins qrupunun vasitəçilik cəhdlərində uğur qazana bilmədiyi həqiqətdir.
Danışıqlarda hər-hansı uğur əldə etmək üçün tərəflərin siyasi iradə nümayiş etdirməsi vacib faktordur. Əgər belə bir siyasi iradə yoxdursa heç bir danışıq prosesində uğur qazanmaq mümkün deyil.
Ona görə də mən razıyam ki, gərəkli siyasi iradəni formalaşdırmaq üçün bir çox işlər görülməlidir. Bu halda tərəflər arasında sülh əldə etmək mümkün olar.
Əgər Aİ bu siyasi iradənin formalaşmasında rol oynaya bilərsə düşünürəm ki, qurum danışıqlar prosesinə dəstək görstərilməsi məsələsini nəzərdən keçirməlidir.
- Cari ildə hansı rəsmi səfərlər gözlənilir?
- Azərbaycan Prezidenti Suriya ilə bağlı konfransda iştirak etmək üçün Londana səfər edəcək.
Daha sonra fevralın 11-də iqtisadiyyat naziri Şahin Mustafayev dövlətlərarası komissiyanın iclasında iştirak etmək üçün Londona gələcək. Ümid edirəm ki, bu il bir müddət sonra Böyük Britaniyadan Azərbaycana yüksək səviyyəli nazirliklərin səfərləri də olacaq.
- Qeyd etdiyiniz kimi, bir zamanlar Azərbaycanda neft sektorunun inkişafında BP şirkəti aktiv rol oynayıb. Necə düşünürsünüz, qeyri-neft sektorunda da bu mümkündürmu?
-Yuxarıda da qeyd olunduğu kimi Böyük Britaniya Azərbaycanda qeyri-neft sektorunun inkişafında maraqlıdır. Bu əməkdaşlığın uğurlu olması ilk növbədə, yaxın günlərdə Azərbaycan hökuməti tərəfindən elan olunmuş iqtisadi islahatların effektiv reallaşdırılmasından asılıdır.
Azərbaycan Prezidenti respublikanın gələcəyi üçün gömrük, vergitutulması, korrupsiya ilə mübarizə və inhisarın ləğvi kimi sahələrdə islahatlar aparmağın vacibliyini qeyd edib.
Bu sahələrdə uğur əldə olunarsa, düşünürəm ki, Azərbaycanda qeyri- neft sektoruna investisiya etməyə maraqlı olan britaniya şirkətləri də artacaq.
- Böyük Britaniyanın Cənub qaz dəhlizi layihəsinin reallaşdırılması və Avropa bazarı üçün qaz mənbələrinin diversifikasiyası ilə bağlı mövqeyi necədir?
- Böyük Britaniya və Şimali İrlandiya Krallığı tam olaraq Cənub qaz layihəsini dəstəkləyir və onun tezliklə reallaşdırılmasını görmək istərdi. Biz anlayırıq ki, layihə avropanın enerji təhlükəsizliyinə təsir edəcək.
Biz Azərbaycanın bu layihədə oynadığı rolu qiymətləndiririk, təsdiq edirik ki, onun reallaşdırılması Azərbaycanın lider rolu olmadan mümkün deyildi.
Böyük Britaniya Cənub qaz dəhlizinin Konsultasiya Şurasının üzvüdür. Öz dəstəyini nümayiş etdirmək üçün ötən ilin fevral ayında şuranın ilk iclasında iştirak edib. Ümid edirəm ki, bu ayın sonunda yüksək səviyyədə keçiriləcək Şuranın növbəti iclasında da iştirak edə bilərik.
- Ölkənizin İranla münasibətlərin inkişafı ilə bağlı hansı planları var? İran iqtisadiyyatına britaniya şirkətinin investisiya etməsi mümkündürmü?
- Britaniya İranla diplomatik münasibətləri normallaşdırmağa doğru istiqamətlənib. Ötən il biz Tehranda yenidən Böyük Britaniya səfirliyini açdıq. İndi Aİ-nin və BMT-nin İranla əlaqədar sanksiyaları aradan qaldırıldıqdan sonra britaniya şirkətləri bu ölkənin iqtisadiyyatına investisiya edə bilər, onları buna təşviq edirik.
1news.az