SOCAR prezidenti Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüşüb
Fevralın 4-də Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində SOCAR-da olub.
Bu haqda 1news.az SOCAR-ın rəsmi saytına istinadla xəbər verir.
Xəbərdə qeyd olunub ki, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, “Cənub qaz dəhlizi”nin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.
Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.
1news.az
527