Əbülfəs Qarayev İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edir

21:37 - 04 / 02 / 2016
Əbülfəs Qarayev İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edir

Fevralın 4-də Türkiyənin İstanbul şəhərində “Dünya Turizm Forumu” öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, fevralın 6-da başa çatacaq tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Tədbirdə Dünya Turizm Forumunun prezidenti Bulut Bağcı, TURSAB-ın prezidenti Başaran Tanzer, Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal və turizm sənayesinin bir çox tanınan nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən nazir Ə.Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib.

Ölkəmizdə turizmin prioritet sahələrdən biri olduğunu qeyd edən nazir, turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlər görüldüyünü bildirib. Mədəni turizm, sağlamlıq turizmi, işgüzar turizm sahələrinin turistlərin cəlb olunması baxımından xüsusi rolu olduğu vurğulanıb.

Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını da bildirib.

Çıxışında ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən nazir Ə.Qarayev, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları, həmçinin 2016-cı ildə keçiriləcək Formula-1 Oyunları, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının turizmin inkişafı üçün də mühüm addım olduğunu qeyd edib.

Nazir çıxışında həmçinin, turizmin əsas amillərindən olan elektron viza tətbiqindən, yeni otellərin açılmasından, bu sahədə beynəlxalq əməkdaşlıqdan, turizm təhsilindən, aparılan təbliğat işlərindən də bəhs edib.

1news.az

 

Paylaş:
548

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər