Bakıda maşında sıxılıb qalan sürücü xilas edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda maşında sıxılıb qalan sürücü xilas edildi

10:07 - 04 / 02 / 2016
Bakıda maşında sıxılıb qalan sürücü xilas edildi

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyyat hadisəsi baş verib.

1news.az-n Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, “Lada” markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
896

Son xəbərlər

Bütün xəbərlər