Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub - FOTO

13:24 - 05 / 02 / 2016
Tibb Universitetində nadir anadangəlmə ürək xəstəsi əməliyyat olunub - FOTO

Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı Azərbaycanda ilk dəfə koronar anomaliya (ALCAPA) əməliyyatını icra edib.

Bu haqda 1news.az-a universitetdən verilən məlumata görə,bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali arasında ürək-damar xəstəlikləri geniş yayılıb. Tibb sahəsi inkişaf etdikcə, peşəkar həkimlərimizin də sayı artır və onlar vaxtında bu cür xəstələrə kömək edirlər.

Lakin bu günlərdə Azərbaycan Tibb Universitetində (ATU) icra olunan ürək əməliyyatını sözün əsl mənasından nadir adlandırmaq olar. Çünki koronar arteriya anomaliyası xəstəliyinə nadir hallarda rast gəlinir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasinin kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, 10 milyon nəfər əhalisi olan Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər.

Seymur Musayevin sözlərinə görə, xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir:

“Bu xanım bizə müraciət edəndə, artıq ona diaqnoz qoyulmuşdu. 

Bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 %-i 30 yaşına kimi yaşayır. 10 milyon nəfərlik əhalisi olan Azərbaycan üçün yəqin, 1-2 nəfər belə xəstə ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1 belə xəstə tapa bilərsən”.

Kardiocərrah bildirir ki, Klinikaya müraciət edən xəstə artıq 36 yaşında olub. Onun əməliyyat olunması qərarı verilib:

“Həm ürək qapağının işini təmin etdik, həm də anomaliya olan hissəni rekonstruksiya etdik. Əməliyyat mənim icramla doktor Mirəli Məcidovun iştirakı ilə keçirildi və 3 saat davam etdi”.

S.Musayev bildirir ki, artıq bundan sonra xəstənin həyatına hər hansı bir risk yoxdur. 3-4 gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək.

1news.az

Paylaş:
2034

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər