Yanvar ayı ərzində Azərbaycan Mərkəzi Bankının valyuta rezervləri 12,3% aşağı düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yanvar ayı ərzində Azərbaycan Mərkəzi Bankının valyuta rezervləri 12,3% aşağı düşüb

17:43 - 05 / 02 / 2016
Yanvar ayı ərzində Azərbaycan Mərkəzi Bankının valyuta rezervləri  12,3% aşağı düşüb

29 yanvar 2016-cı il göstəricilərinə görə Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta 4 milyard 398.5 milyon dollar təşkil edir.

Bu haqda AMB-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Yanvar ayı ərzində valyuta rezervləri  618,2 milyon dollar, illik hesabda isə 8 milyard 282.3 milyon  və ya 2.88 dəfə azalıb.

Daha əvvəl xəbər verildiyinə görə, 2015-ci ildə Azərbaycan Mərkəzi Bankının valyuta rezervlərinin həcmi 8 milyard 741.6 milyon dollar, yaxud 2.74 dəfə azalıb. Təkcə 2015-ci ilin  dekabr ayı ərzində rezervlərin həcmi 1 milyard 228.9 milyon, yaxud, 19.7 faiz aşağı düşüb.

2014-cü ildə AMB-nin rezervləri 2.8 faiz azalıb, 2013-cü ildə isə 21 faiz artıb.

2012-ci il bu göstərici 11.6 faiz qeyd  olunub.

Xatırladaq ki, son dəfə AMB-nin valyuta rezervləri 4.4 milyard dollara yaxın qiymət göstəricisində 2008-ci ildə olub.

Rekord qiymət 15 milyard 193.4 milyon dollara AMB-nin valyuta rezervləri 2014-cü ilin sonunda çatıb.

1news.az

Paylaş:
1079

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər