“Kapital Bank” talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Kapital Bank” talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi - FOTO

17:48 - 05 / 02 / 2016
“Kapital Bank” talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi - FOTO

“Kapital Bank” Korporativ Sosial Məsuliyyət layihələrindən daha birini həyata keçirib.

1news.az-ın məlumatına görə, bu dəfə Bankın əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasında iştirak ediblər. Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi ilə birgə təşkil olunan aksiyaya Bankın baş ofisindən 100-ə yaxın əməkdaşı qatılıb.

“Bu aksiyalar mütəmadi olaraq həyata keçirilir. Körpələrimizin sağlam gələcəyi naminə belə sosial tədbirlərin keçirilməsini vacib hesab edirik. Talassemiyalı körpələrin qana olan ehtiyaclarını ödəmək üçün aksiyanın gələcəkdə də keçirilməsi nəzərdə tutulur”, - deyə “Kapital Bank”ın şöbə rəisi Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanda ən geniş filial şəbəkəsinə malik “Kapital Bank” ötən illərdə olduğu kimi, bu il də öz  ənənəsinə sadiq qalıb. “Kapital Bank” ailəsi gələcəyimiz olan körpələri yaddan çıxarmamağa, hər kəsi belə xeyirxah aksiyaya qoşulmağa və uşaqlara yardım etməyə çağırır.

1news.az

Paylaş:
968

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər