Rusiyanın XİN rəhbəri Polad Bülbüloğluna fəxri nişan təqdim edib
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Polad Bülbüloğluna fəxri nişan təqdim edib.
Bu haqda 1news.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriib.
Məlumatda bildirilir ki, cari ilin 5 fevral tarixində diplomatik fəaliyyətinin 10 illiyi ilə əlaqədar Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna Rusiya Xarici İşlər Nazirliyinin (XİN) “Beynəlxalq əməkdaşlığa töhfə” fəxri nişanını təqdim edib.
1news.az
629