Fazil Məmmədov 7 müşavirini işdən azad edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Fazil Məmmədov 7 müşavirini işdən azad edib

10:59 - 05 / 02 / 2016
Fazil Məmmədov 7 müşavirini işdən azad edib

İşdən azad olunan müşavirlər Vergilər Nazirliyinin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 2 dəfə azaldılaraq onların sayı 13-dən 7-yə endirilib.

Məlumata görə, müşavirlərin 7-si işdən azad olunaraq nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar.

Bunlar: Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev  və Müsavər Nəbiyevdir.

Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin olunub.

1news.az

Paylaş:
1018

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər