Yazın gəlişini Ganjlik Mall-da qarşılayın! – FOTO
Azərbaycanın ən iri ticarət mərkəzi aprel ayında qapılarını müştərilərin üzünə açacaq. Tezliklə Ganjlik Mall bakılıların yeni sevimli ticarət mərkəzinə çevriləcək.
Bu haqda 1news.az xəbər verir ki, ərazisi 55.000 kv.m olan geniş məkanda artıq hamıya tanış olan Zara, Bershka, New Yorker, Mango, Next, United Colors of Benetton, Stradivarius, Pull&Bear, Tommy Hilfiger, Nine West, Koton, LC Waikiki və Azərbaycanda yeni OVS, Ted Baker, De Facto, Pimkie, French Connection, Calliope, Terranova kimi brendlər yerləşəcək.
İdman geyiminin geniş çeşidlərini GO Sport və Courir mağazaları təqdim edəcəklər. Ev əşyalarını isə Zel Home, The One, Mudo Concept salonlarından əldə etmək mümkün olacaq. Mall-da həmçinin yeni Bravo hipermarketi öz işinə başlayacaq.
Alış-verişdən əlavə Ganjlik Mall əyləncələrlə də diqqəti cəlb edəcək: kino həvəskarları dünya blokbasterləri ilə CinemaPlus kinoteatrında tanış ola, kollektiv oyunları sevənlər dostları ilə asudə vaxtlarını boulinqdə keçirə, balacalar isə The Wonderland uşaq zonasında sehirli dünyaya baş vura biləcəklər.
Əlbəttə ki, ticarət və əyləncə mərkəzində Bakıda McDonalds, KFC, Villa Pizza, Starbucks, İlly, Gloria Jeans kimi ən populyar çevik qida restoran və kafe brendləri kimi tanınmış adlarla fudkort da fəaliyyət göstərəcək.
Ganjlik Mall öz qapılarını bu ilinin 15 aprel tarixində üzünüzə açacaq.