“Günəşli” yatağındakı 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Günəşli” yatağındakı 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

12:28 - 05 / 02 / 2016
“Günəşli” yatağındakı 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 2 nömrəli dərin dəniz özülündə 106 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

1news.az-ın Dövlət Neft Şirkətinin (SOCAR) saytına istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3050-3011 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
835

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər