Şahmar Mövsümov: " Azərbaycanın iqtisadi sarsıntılara müqavimət göstərmək üçün güclü bazası var" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahmar Mövsümov: " Azərbaycanın iqtisadi sarsıntılara müqavimət göstərmək üçün güclü bazası var"

12:37 - 05 / 02 / 2016
Şahmar Mövsümov: " Azərbaycanın iqtisadi sarsıntılara müqavimət göstərmək üçün güclü bazası var"

Bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Financial Timesa bildirib

1news.az  xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov "Financial Times" qəzetinə bildirib.

"Mən razıyam ki, dünyanın əksər karbohidrogen ixrac edən ölkələri, o cümlədən də Azərbaycan dünya iqtisadiyyatında yavaşlama və neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar çətinliklər çəkir. Buna baxamayaraq, Azərbaycanın bu sarsıntılara müqavimət göstərmək və iqtisadiyyatın diversifikasiyası ilə əlaqədar islahatlar tepmini sürətləndirmək üçün güclü bazası var. Son 10 ildə bizim iqtisadiyyatımız 3 dəfə, ÜDM-də qeyri-neft sektorunun payı 5 dəfə artıb. Ölkədə yoxsulluq səviyyəsi 49%-dən 5%-ə enib və ümumilikdə, infrastruktur yenidən qurulub. Dövlət borcunun ÜDM-də payı cəmi 12% təşkil edir və 39 mlrd. dollar - ÜDM-in 73%-i qədər xarici valyutada ehtiyatlarımız var ki, bu da mümkün xarici və daxili sarsıntılara qarşı təhlükəsizliyi təmin edir", - deyə Ş.Mövsümov əlavə edib.

ARDNF başçısı bildirib ki, ən vacibi odur ki, qlobal dünyada baş verən yeni çağırışlara iqtisadiyyatı hazırlamaq üçün hökumətin güclü hədəf və məqsədi var.

Ş.Mövsümov xatırladıb ki, ölkənin əhəmiyyətli dərəcədə sübut olunmuş neft və qaz ehtiyatları var ki, bu da illərlə əhəmiyyətli gəlirlə təminatı davam etdirəcək.

1news.az

Paylaş:
696

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər