İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradıldı | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradıldı

16:14 - 06 / 02 / 2016
İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradıldı

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası olaraq, İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.

Paylaş:
1002

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər