Maliyyə naziri Sabirabadda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə naziri Sabirabadda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO

19:55 - 06 / 02 / 2016
Maliyyə naziri Sabirabadda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, maliyyə naziri Samir Şərifov Sabirabad rayonu ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Görüşdə qeyri-neft sektorunun inkişafında Sabirabad rayonunun potensial imkanları müzakirə olunub. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Kənd təsərrüfatı sektorunun inkişafından, kəndarası yolların təmirindən, yeni təhsil və səhiyyə müəssisələrinin açılmasından danışan icra hakimiyyətinin başçısı bunu dövlətin regionlara qayğısı kimi səciyyələndirib. Bildirib ki, Prezidentin tapşırığı ilə rayonda “ASAN xidmət” mərkəzi istifadəyə verilib, Heydər Əliyev Mərkəzi inşa olunub, 74 kəndin 47-si qazlaşdırılıb. Kür və Araz çayları üzərində körpülər salınıb, yeni asfalt zavodu, 2 min ton tərəvəz istehsal edən istixana işə salınıb. Hazırda 205 yerlik xəstəxananın tikintisi davam edir.

Görüşdə çıxış edən maliyyə naziri Samir Şərifov 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqlar barədə danışıb. Qeyd edib ki, dövlətimizin başçısı konfransdakı nitqində regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edərək bu istiqamətdə konkret vəzifələr müəyyənləşdirib. Bu vəzifələrə əsasən qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühit yaradılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsi daxildir. Prezidentin tapşırıqları, qəbul etdiyi qərarlar hər bir vəzifəli şəxsən çevik tədbirlər görməyi tələb edir.

Maliyyə naziri bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələr həyata keçirilib. Bunun nəticəsində uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qoruyub saxlamaq mümkün olub. Lakin dünyanın enerji bazarında yaranan təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə aşağı düşməsi milli valyutanın devalvasiyasına gətirib çıxarıb. Dünyada gedən proseslərə toxunan maliyyə naziri Samir Şərifov deyib ki, böhranın yeni fazası dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsi ilə müşayiət olunur. 2015-ci ildə enerji, metal və bitki əmtəələrinin qiymətlərində son 5 ilin ən yüksək səviyyəsi ilə müqayisədə orta hesabla 45 faiz geriləmə baş verib.

Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışları diqqətə çatdıran nazir vurğulayıb ki, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının inkişafı, büdcə-fiskal dayanıqlılığı təmin edilib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində qlobal iqtisadi böhranın iqtisadiyyatımıza təsiri minimuma endirilib. Yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan iqtisadi islahatlar neft amilindən asılılığı azaldıb. Biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin edib.

Ölkəmizdə həyata keçirilən antiböhran tədbirləri, qeyri-neft sektorunun, sənaye və sahibkarlığın inkişafı, o cümlədən Sabirabadın potensial imkanlarından səmərəli istifadə olunması kimi məsələlərdən bəhs edən nazir bunun üçün böyük imkanlar yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, dünya iqtisadiyyatında böhran yaşandığı bir zamanda ölkəmizdə sosial-iqtisadi inkişaf davam edir, nəzərdə tutulan layihələr icra olunur. Prezidentin sərəncamı ilə maaşlar, müavinətlər, təqaüdlər artırılıb, aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilib.

Çıxış edən sahibkarlar dövlətimizin başçısının imzaladığı son sərəncam və fərmanların dinamik inkişafa səbəb olacağına əminliklərini ifadə edib, eyni zamanda, yeni istehsal və emal müəssisələri, iş yerlərinin yaradılması ilə bağlı bir sıra təkliflər veriblər.

Milli Məclis deputatları Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyulan vəzifələrin icrasının bütün ölkənin, eləcə də Sabirabadın inkişafına böyük təkan verəcəyini bildiriblər.

İctimaiyyət nümayəndələri regionlara, o cümlədən Sabirabada göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Paylaş:
816

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər