Bakı Fond Birjasının hərracında sifarişlərin nominal üzrə məbləği 7 milyon dollar olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Fond Birjasının hərracında sifarişlərin nominal üzrə məbləği 7 milyon dollar olub

1news Redaksiyası11:25 - 06 / 02 / 2016
Bakı Fond Birjasının hərracında sifarişlərin nominal üzrə məbləği 7 milyon dollar olub

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərracda sifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub.

BFB-dən 1news.az-a bildiriblər ki, sifarişlərin nominal üzrə ümumi məbləği 7 milyon USD təşkil edib. Sifarişlər 97.3150 faiz (gəlirlik 2.77 faiz) qiymətində təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97.3150 faiz (gəlirlik 2.77 faiz) orta ölçülmüş qiymət 97.3150 faiz (gəlirlik 2.77 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib. İstiqrazlar 2017-ci il fevralın 3-də ödəniləcək. İstiqrazların tədavül müddəti 364 gündür.

Paylaş:
838

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər