İsmayıllıda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd edilib - FOTO

17:36 - 07 / 02 / 2016
İsmayıllıda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd edilib - FOTO

İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən övladlarının ruhu qarşısında özlərini həmişə borclu hiss edirlər.

Bu borcu onlar müxtəlif formalı, zəngin məzmunlu tədbirlərlə - anım və xatirə günləri keçirməklə, yürüşlərlə, ziyarətlərlə, ədəbi-bədii kompozisiyalarla və fləşmoblarla yerinə yetirirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İsmayıllıda Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunan tədbirdə səsləndirilib. Tədbir rayon icra hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Çoxsaylı gənclərin toplaşdıqları mərkəzi meydanda başlayan tədbir zamanı qəhrəmanlıq, vətənpərvərlik və hərbi mövzuda mahnılar, marşlar səsləndirilib. 6 saylı tam orta məktəbin hərbi geyimli şagirdləri fləşmob keçirərək “Mübariz” sözünü və səkkizguşəli ulduzu canlı şəkildə əks etdiriblər. Sonra mərasim iştirakçıları Milli Qəhrəmanın şəninə şüarlar, hərbi mahnılar, marşlar səsləndirməklə Şəhidlər xiyabanına yürüş ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Qarabağ müharibəsi əlili Kamil Dadaşov, hərbi qulluqçu Aslan Şirəliyev Mübariz İbrahimovun keçdiyi şanlı həyat yolundan, qəhrəmanlığından danışıblar. Onlar Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Mübariz İbrahimovun və onun kimi qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını, daim əziz tutulacağını söyləyiblər. Gənc şairə Şəhla Qafarova qəhrəmana həsr olunan şeirini oxuyub.

Yürüş iştirakçıları ziyarətdən uşaq-gənclər kitabxanasına qayıdıblar. Burada Mübariz İbrahimova həsr edilən filmə və şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.

1news.az

Paylaş:
932

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər