BƏƏ Suriyaya quru qoşunları göndərməyə hazırdır | 1news.az | Xəbərlər
Dünya

BƏƏ Suriyaya quru qoşunları göndərməyə hazırdır

18:38 - 07 / 02 / 2016
BƏƏ Suriyaya quru qoşunları göndərməyə hazırdır

BƏƏ hökuməti koalisiya tərkibində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı mübarizədə iştirak etmək üçün Suriyaya qoşun göndərməyə hazır olduğunu bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ərəb ölkəsinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş məlumat verib.

Nazir söhbətin min hərbçidən getdiyini və bu məsələdə ABŞ-ın mövqeyinin BƏƏ üçün zəruri olduğunu əlavə edib.

Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarının aparılması təşəbbüsü ilə ilk olaraq ABŞ çıxış edib. Ardınca Səudiyyə Ərəbistanı və Bəhreyn Birləşmiş Ştatlarla həmrəylik nümayiş etdirib.

1news.az

Paylaş:
842

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər