Xarici aviaşirkətlər Azərbaycanın regionlarına yeni aşağı büdcəli reyslər aça bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xarici aviaşirkətlər Azərbaycanın regionlarına yeni aşağı büdcəli reyslər aça bilər

16:42 - 08 / 02 / 2016
Xarici aviaşirkətlər Azərbaycanın regionlarına yeni aşağı büdcəli reyslər aça bilər

Xarici aviaşirkətlər ölkəmizin regionlarına yeni aşağı büdcəli reyslər aça bilər

Bu barədə 1news.az-a “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat veriblər.

Məlumata görə, AZAL-ın tərkibində olan Aviasiya Təhlükəsizlik İdarəsi və beynəlxalq hava limanlarının rəhbərliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və bir sıra digər ölkələrin aviasiya hakimiyyəti orqanlarının nümayəndələri ilə 2016-cı ilin yanvar ayından etibarən sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparır.

Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir. Xüsusilə də, İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur. 

Həmçinin “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri - Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər.

Bu yaxınlarda İsrailin milli aviadaşıyıcısı – “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər etmiş və Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirib. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan ediblər.

Həmçinin bu yaxınlarda Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilib. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, artıq “Turkish Airlines” (İstanbul - Naxçıvan, İstanbul - Gəncə), Rusiya aviaşirkətləri “Utair” (Moskva - Naxçıvan) və “Ural Hava Yolları” (Moskva - Gəncə, Moskva - Lənkəran, Moskva - Qəbələ) Azərbaycan regionlarına uçuşlar həyata keçirir.

Bir neçə rus aviaşirkəti artıq Sankt-Peterburq, Yekaterinburq və Novosibirskdən bizim regional hava limanlarına uçuşlar həyata keçirmək niyyətlərini bildiriblər.

“Biz uçuşların coğrafiyasını genişləndirmək və Azərbaycana turistləri cəlb etmək məqsədi ilə bundan sonra da digər ölkələrin aviaşirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Biz Azərbaycana yeni marşrutların açılmasını planlaşdıran hər bir aviaşirkət ilə fərdi qaydada danışıqların aparılmasını planlaşdırırıq və tərəfimizdən ilkin mərhələdə regional hava limanlarında xidmət üzrə əlavə güzəştlərin verilməsini nəzərdən keçirməyə hazırıq”- deyə, AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirmişdir.

Qeyd edək ki, hazırda Azərbaycanda beynəlxalq statusu malik və mülki aviasiya sahəsində bütün müasir tələblərə cavab verən 6 hava limanı (Bakıda, Naxçıvanda, Gəncədə, Qəbələdə, Lənkəranda və Zaqatalada) fəaliyyət göstərir.

1news.az

Paylaş:
897

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər