Azərbaycanda baba 16 yaşlı nəvəsini qətlə yetirib
Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda Ağdamdan olan məcburi köçkün, nəvəsi 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramovu xüsusi amansızlıqla qətlə yetirilib.
1news.az-ın APA-ya istinadən xəbərinə görə, Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.
R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.
Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbiristanlığında dəfn olunmuş T. Bayramovun meyiti eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.
1news.az