Məscidlərdə müşahidə kameraları quraşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Məscidlərdə müşahidə kameraları quraşdırılacaq

09:41 - 08 / 02 / 2016
Məscidlərdə müşahidə kameraları quraşdırılacaq

Yaxın vaxtlarda ölkədəki məscidlərdə müşahidə kameralarının quraşdırılmasına başlanılacaq.

1news.az-ın verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı bildirib.

S.Salahlının sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır:

“Məscidlərdə kameraların quraşdırılmasında əsas məqsəd oraya gələn insanların təhlükəsizliyini təmin etmək, xoşagəlməz və qanunazidd hərəkətlərin qarşısını almaqdır. Kameraların quraşdırılması hər hansı hadisəni törədən şəxsin kimliyini dərhal aydınlaşdırmağa imkan verəcək. Bir sözlə, bu proses insanların rahatlığına, cəmiyyətin sabitliyinə yardım edəcək”.

1news.az

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər