2015-ci ildə Azərbaycan bankları xarici valyuta ilə kredit yatırımlarının sayını 2 dəfədən çox artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

2015-ci ildə Azərbaycan bankları xarici valyuta ilə kredit yatırımlarının sayını 2 dəfədən çox artırıb

11:16 - 08 / 02 / 2016
2015-ci ildə Azərbaycan bankları xarici valyuta ilə kredit yatırımlarının sayını 2 dəfədən çox artırıb

2015-ci ilin dekabr ayında Azərbaycan iqtisadiyyatına bank kreditlərinin artdığı müşahidə olunur.

“1 yanvar 2016-cı il tarixində Bankların kredit yatırımının və qeyri-bank kredit təşkilatlarının ölkə iqtisadiyyatına yatırımı 21 milyard 718 milyon manat təşkil edib”, -AMB-nin rəsmi saytında qeyd olunub.

1 dekabr tarixində bu göstərici 18 milyard 744.3 milyon manat olub.

Beləliklə, dekabr ayı ərzində banklar kreditləşməni 15.86 faiz artırıb.

Ümumilikdə, bank kreditləşməsinin həcmi 17.12 faiz artıb.

1 yanvar 2016-cı il gösəricilərinə görə dövlət iştirakı ilə banklara 7 milyard 289.3 milyon manat kredit verilib. Bu isə 1 yanvar 2015-ci ildə olan göstəricilərdən 18.64 faiz çoxdur.

1news.az

Paylaş:
744

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər