Azərbaycan ərazisində GMO toxumlardan istifadə vəziyyəti yoxlanılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan ərazisində GMO toxumlardan istifadə vəziyyəti yoxlanılacaq

23:18 - 08 / 02 / 2016
Azərbaycan ərazisində GMO toxumlardan istifadə vəziyyəti yoxlanılacaq

Bu ilin mart ayında Azərbaycanın bəzi regionlarında təsərrüfatlarda genetik modifikasiya olunmuş (GMO) bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq üçün araşdırmalara başlanacaq.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, Genetik Modifikasiya Olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov deyib.

Azərbaycanın mövcud qanunvericiliyinin fermerə GMO toxumlardan istifadə etməyə icazə vermədiyini nəzərə çatdıran Şura sədrinin sözlərinə görə, təsərrüfatlarda GMO bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq məqsədilə ilk dəfə 2014-cü ildə Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala bölgələrində araşdırma aparılıb. Həmin bölgələrdə dünyada GMO məhsullarının ən çox rast gəlindiyi qarğıdalı, soya bitkiləri və kartof üzrə monitorinqlər aparılıb. Monitorinqlər zamanı bu bitkilər üzrə GMO toxumlar aşkarlanmayıb.

M.Abbasovun sözlərinə görə, GMO toxumlarından istifadə edilib-edilmədiyini araşdırmaq üçün növbəti monitorinqin Gəncə-Qazax və əsas iri taxılçılıq təsərrüfatları olan Şəki-Zaqatala bölgəsində aparılması planlaşdırılır. Bu zonalarda da əsasən, qarğıdalı və soya bitkiləri üzrə monitorinqlərin aparılması nəzərdə tutulur.

1news.az

Paylaş:
497

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər